"Lukoil"in xarici aktivlərinə daha bir iddiaçı qoşuldu
2025-12-16 23:16:10
Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti Rusiyanın “Lukoil” şirkətinin təxminən 22 milyard dollar dəyərində olan xarici aktivlərini almaq üçün təklif verib.
Bu aktivlərə neft yataqları, neft emalı zavodları və dünya üzrə minlərlə yanacaqdoldurma məntəqəsi daxildir.
“Midad Energy” sövdələşməni tam nağd ödənişlə həyata keçirməyi planlaşdırır. Şirkət bildirir ki, sanksiyalar ləğv olunana qədər vəsaitlər depozit hesablarında saxlanılacaq.
Bundan əvvəl Exxon Mobil, Chevron və Carlyle Group daxil olmaqla təxminən 10 investor bu alışla maraq göstərmişdi.
Qeyd edək ki, 15 dekabrda “Reuters” agentliyi ABŞ Maliyyə Nazirliyinin “Xtellus” bankının “Lukoil”un xarici aktivlərini almaq təklifini rədd etdiyini xəbər vermişdi. \\Sfera.az
