Saat:17:37
Haqqımızda

Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv etdi

2025-11-22 13:52:55

Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.

“Belarus prezidenti Aleksandr Lukaşenko və ABŞ lideri Donald Tramp arasında əldə olunan razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin müraciəti əsasında, qonşu ölkədə silahlı münaqişənin həll olunması şəraitini təmin etmək məqsədilə, xoşməram və humanizm prinsiplərini rəhbər tutaraq prezident Belarusda cinayət törətmiş 31 Ukrayna vətəndaşını əfv edib”, - Lukaşenkonun mətbuat katibi Natalya Eismont bildirib.

Axar.az