Saat:01:38
Haqqımızda

Livanın xarici işlər naziri İranın təklifini qəbul etməyib

2025-12-10 17:17:34

Livanın xarici işlər naziri İranın təklifini qəbul etməyib

Hurriyyet.az xəbər verir ki, Livanın xarici işlər naziri Tehrana səfər dəvətini rədd edib.
Livanın xarici işlər naziri Yusif Raci, İranla qarşılıqlı razılaşma yolu ilə neytral üçüncü ölkədə danışıqlar təklif edərək, hələlik Tehrana səfər dəvətindən imtina elədiyini bildirib.
"Röyter" agentliyinə istinadla xəbər verir ki, bu barədə Livanın NNA  dövlət xəbər agentliyi məlumat yayıb.
Raci əlavə məlumat vermədən İrana səfər etməmək qərarının səbəbi kimi "mövcud vəziyyəti" göstərib. O, həmçinin vurğulayıb ki, bu addım İranla dialoqdan imtina etmək demək deyil.
Ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçi ikitərəfli münasibətləri müzakirə etmək üçün Racini yaxın gələcəkdə Tehrana dəvət etmişdi.
Hürr Tərcüman