Saat:14:51
Haqqımızda

Litvada fövqəladə vəziyyət elan edildi

2025-12-09 12:04:30

Litvada fövqəladə vəziyyət elan edildi

Hurriyyet.az xəbər verir ki, Litva hökuməti ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edib. "Röyter" agentliyindən verilən məlumata görə, Belarus ərazisindən hava şarlarının buraxılışı ilə əlaqədar belə bir qərar verilib.
Litva hakimiyyətinin məlumatına görə, Belarus qaçaqmalçılara sərhəddən siqaret keçirmək üçün meteozondlardan istifadə etməyə imkan verib. Vilnüsdə qeyd edirlər ki, bu cür addımlar ictimai asayiş üçün təhlükədir və dərhal cavab təbirləri görülməsinə vadar edir.
"Röyter" agentliyinin məlumatında deyilir: "Belarusdan qaçaqmal hava şarlarının yaratdığı təhidlə əlaqədar Litva çərşənbə axşamı ictimai asayişlə əlaqədar fövqəladə vəziyyət elan edib".
Hürr Tərcüman