Saat:17:33
Haqqımızda

Litva Rusiyaya nota verdi - Azərbaycanın Kiyevdəki səfirliyinin vurulması pislənib

2025-11-19 16:20:37

Litva Rusiyaya nota verdi - Azərbaycanın Kiyevdəki səfirliyinin vurulması pislənib

Hurriyyet.az xəbər verir ki, Litvanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının səfirliyinə növbəti etiraz notasını təqdim edib. Etiraz 14-17 noyabr tarixlərində Ukrayna ərazisinin atəşə tutulması ilə əlaqədardır. 
Rusiya qüvvələrinin 14 noyabr tarixli hücumu zamanı Azərbaycanın Kiyevdəki səfirliyinə ciddi zərər dəyməsinin Diplomatik Münasibətlərə Haqqında Vyana Konvensiyasını pozduğu faktı da etiraz notasında xüsusi qeyd edilib.
Sənəddə deyilir: "Kiyevdə, paytaxt bölgəsində, Xarkov, Odessa, Sumı və digər vilayətlərdə şəxsi evlər və çoxmənzilli binalar, xətəxanalar, energetika və digər infrastruktur obyektləri zədələnib, on nəfərdən artıq dinc sakin həlak olub, onlarla şəxs yaralanıb".
Litva XİN-in təqdim etdiyi notada 15 noyabr tarixində yayılmış və Rusiya hərbçilərin ukraynalı hərbi əsirləri Ukraynanın Zaporojye vilayətində güllələdiklərini əks etdirən video da diqqətə çatdırılır.
Notada deyilir: "Xarici İşlər Nazirliyinin qiymətləndirməsinə görə, Rusiyanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə və onları törətməmək barədə ictimai çağırışlara heç bir reaksiya verməməyə davam edir. Bu da bir daha təsdiqləyir ki, bu cür müharibə cinayətləri RF rəhbərliyinin xəbəri və razılığı olaraq törədilir. Rusiya Federasiyası Silahlı Qüvvələrinin yuxarıda qeyd olunan bütün hərəkətləri müharibə cinayətləri hesab edilməlidir".
Tammiqyaslı müharibənin başlanmasında bəri Litva Rusiyaya bir neçə nota göndərib. Son zamanlar bu, Ukraynaya edilən hər böyük hücumdan sonra müntəzəm olaraq edilir.
Hürr Tərcüman