Saat:18:34
Haqqımızda

Lerikdə məktəb yandı - Dərslər evdə keçiriləcək - VİDEO

2025-12-23 15:47:27

Lerikdə məktəb yandı - Dərslər evdə keçiriləcək - VİDEO

Lerik rayonunun Buzeyir kənd məktəbində dərs vaxtı yanğın olub.

Hurriyyet.az xəbər verir ki, yanğın təhsil müəssisəsinin damında qısaqapanmadan baş verib.

Hadisə ilə əlaqədar məktəbin bütün heyəti təxliyə olunub, əraziyə yanğınsöndürənlər cəlb edilib, yanğının qarşısı qısa müddət ərzində alınıb və yanğın söndürülüb:

Tədrisin davam etməsi üçün kənddə mövcud olan boş ev müəyyən olunub.