Lavrovun "uzunmüddətli sülh üçün" iştahlı işğalçı şərtləri...
2025-09-03 11:11:51
Hurriyyet.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Kompas" nəşrinə müsahibəsində "uzunmüddətli sülh üçün" əsas şərtin "yeni ərazi reallıqlarının tanınması" olduğunu söyləyib. Onun sözlərinə görə, Moskva Krımın, Sevastopolun, qondarma "Donetsk və Luqansk respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin RF ərazisi kimi" beynəlxalq səviyyədə tanınmasını tələb edir.
Lavrov deyib: "Ukrayna 1990-cı il Dövlət Suverenliyi Bəyannaməsində qeyd edilmiş neytral, bloklara qoşulmaqdan və nüvə silahından imtina edilməsi statusunu saxlamalıdır".
Hürr Tərcüman
