Saat:18:58
Haqqımızda

Lavrov Bəşər Əsədin zəhərlənməsi xəbəri ilə bağlı açıqlama verdi

2025-10-13 15:16:01

Lavrov Bəşər Əsədin zəhərlənməsi xəbəri ilə bağlı açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın keçmiş prezidenti Bəşər Əsədin zəhərlənməsi ilə bağlı şayiələrin həqiqətə uyğun olmadığını bildirib.
Lavrov Moskvada ərəb ölkələrindən olan jurnalistlərlə görüşü zamanı deyib: "Bəşər Əsəd humanitar səbəblərə görə ölkəmizdədir: o və ailəsi fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə idilər".
Bazar ertəsi günü keçirilən brifinqdə bununla bağlı sualın cavabında Lavrov deyib: "Biz Bəşir Əsədə və onun ailəsinə sırf humanitar səbəblərdən sığınacaq verdik. Onun paytaxtımızda yaşamaqda heç bir problemi yoxdur və heç bir zəhərlənmə baş verməyib. Belə şayələri onları yayanların vicdanlarına tapşırıram".
Hürr Tərcüman