Lavrov "3+3" formatının bərpa edilməsini istəyir
Hurriyyet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov MDBMİ-nin müəllim və tələbələri qarşısında çıxışı zamanı “3+3” formatını bərpa etməyin vaxtının çatdığını söyləyib.
Onun sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqaz dövlətləri ilə onların üç qonşusu, o cümlədən Rusiya arasında “3+3” formatında qarşılıqlı fəaliyyətin tezliklə bərpasına ümid edir.
Xəbər verdiyimiz kimi, Ermənistan XİN rəhbərinin müavini Vahan Kostanyan IRNA agentliyinə müsahibəsində “3+3” formatında növbəti görüşün Yerevanda və ya Bakıda baş tuta biləcəyini söyləmişdi.
Lavrov deyib: "Biz həqiqətən ümid edirik ki, Türkiyə və Azərbaycanın o zaman irəli sürdüyü təşəbbüs, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi - Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu - İran, Türkiyə, Rusiya... İndi hesab edirik ki, bu formatı bərpa etməyin vaxtı çoxdan çatıb".
Onun sözlərinə görə, bu platformanın təşəbbüskarları Türkiyə ilə Azərbaycandır və İran da bu prosesi dəstəkləyir.
Hürr Tərcüman
