Saat:15:22
Haqqımızda

Krımın ən böyük neft terminalı vuruldu

2025-10-06 10:37:52

Krımın ən böyük neft terminalı vuruldu

Hurriyyet.az xəbər verir ki, Ukrayna Krımdakı ən böyük neft terminalına hücum edib.
Oktyabrın 6-na keçən gecə Ukrayna dronları işğal altındakı Krıma hücum edib. Hücum nəticəsində Feodosiyada neft anbarı yanıb.
Simferopol rayonunda ilk partlayışlar gecə saat 1:00 radələrində eşidilib. "Krımski Veter" nəşrinin yazdığına görə, partlayışlar Yevpatoriyada, Feodosiyada, həmçinin Andreyevka yaxınlığında - "Kaça" aerodromunun yaxınlığında baş verib.
Feodosiyadakı neft bazasına edilən tətilin çox güclü olduğu bildirilir. Yanğından gələn parıltı 30 kilometrdən çox məsafədən görünüb.
Xəbərdə deyilir: "Neft bazası əvvəllər dəfələrlə hücuma məruz qalmışdı və əvvəlki zərbələrdən sonra 34 tankdan yalnız 22-si salamat qalmışdı. İndi isə daha da az hissə qalacaq".
Hürr Tərcüman


Load Time (S) : 0.533688