Saat:23:34
Haqqımızda

Kreml Ukrayna ilə bağlı Mayami danışıqlarının nəticələrinə münasibət bildirib

2025-12-24 14:54:49

Kreml Ukrayna ilə bağlı Mayami danışıqlarının nəticələrinə münasibət bildirib

Hurriyyet.az xəbər verir ki, Mayami danışıqlarından sonra Rusiyanın Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyini formalaşdırmaq və ABŞ ilə əlaqələrini davam etdirmək imkanı var. “TASS”-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"İndi dövlət başçısının aldığı məlumata əsasən, biz gələcək mövqeyimizi formalaşdırmaq və hazırda fəaliyyətdə olan mövcud kanallar vasitəsilə əlaqələrimizi mümkün qədər tez davam etdirmək niyyətindəyik", - deyə Kremlin sözçüsü bildirib.

Daha əvvəl Peskov Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin Mayamiyə səfərinin nəticələri barədə Rusiya lideri Vladimir Putinə məlumat verdiyini bildirmişdi.

ABŞ və Rusiya nümayəndələri arasında Ukraynada sülh yolu ilə həll üzrə danışıqlar 21 dekabrda baş tutub. Danışıqlardan sonra Dmitriyev Rusiya və Amerika danışıqlar qruplarının növbəti görüşünün Moskvada keçirilə biləcəyini bildirib.

NURAY