Kreml Putinlə Əliyevin görüşünü ümidlə gözləyir
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Azərbaycan Prezidenti İlham Əliyev ilə həmkarı Vladimir Putinin görüşünü optimizmlə gözlədiyini bəyan edib.
Onun sözlərinə görə, dövlət başçıları bütün aktual məsələləri və ikitərəfli münasibətlərdəki problemləri müzakirə edə bilərlər.
Peskov deyib: "İndi biz Putinin Tacikistana dövlət səfərindən danışırıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə, ayrıca olaraq, Rusiya-Azərbaycan münasibətləri məsələsi var. Prezidentlərin bu gün görüşməsi barəsində razılıq əldə edilib. Görüşün nəticələrini görəcəyik. Biz bu məsələyə optimizmlə yanaşırıq. Prezidentlərin ikitərəfli münasibətlərimizin indiki vəziyyətini müzakirə edəcəyini, mövcud problemli məqamları müzakirə edəcəklərini gözləyirik".
Peskov Prezident Əliyevlər həmkarı Putinin son telefon söhbətlərinin "yaxşı, pozitiv, konstruktiv" olduğunu, görüş barəsində razılığın da həmin söhbət zamanı əldə edildiyini qeyd edib.
Hürr Tərcüman
