Saat:16:38
Haqqımızda

Kreml Bəşər Əsədi Suriyaya verəcəkmi? Əl-Şaraa Moskvaya nə üçün gedir?

2025-10-15 12:45:45

Kreml Bəşər Əsədi Suriyaya verəcəkmi? Əl-Şaraa Moskvaya nə üçün gedir?

Hurriyyet.az xəbər verir ki, "Reuters" və "Al Wakeel News" informasiya agentliklərinin məlumatına görə, Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl-Şaraa RF Prezidenti Vladimir Putinlə danışıqlarda Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin ekstradisiyasını tələb edəcək. 
Mətbuatın yazdığına görə, Suriya prezidenti Əhməd Əl-Şaraa Suriyanın keçmiş lideri Bəşər Əsədə qarşı irəli sürülən ittihamlarla əlaqədar mühakimə olunması üçün onun ekstradisiyasını rəsmi şəkildə tələb etmək niyyətindədir.
Xəbər verdiyimiz kimi, Əhməd Əl-Şaraa oktyabrın 15-də işgüzar səfərlə Moskvaya gələcək və orada rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. 
Hürr Tərcüman