Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub
2025-07-23 16:07:23
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə yeni rəis təyin olunub.
Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə müşaviri Novruzlu Teymur Leysan oğlu Əməliyyat İdarəsinə rəis təyin edilib.
