Koronavirusdan sağalan insanların qanında qeyri-adi dəyişikliklər aşkar edildi
Koronavirusdan (COVID-19) sağalmış insanların qanında qeyri-adi dəyişikliklər aşkar edilib.
Hurriyyet.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Medical Virology" jurnalında dərc olunub.
Məlumata görə, yoluxucu xəstəliyi keçirmiş insanların qanında xroniki yorğunluq, diqqət çatışmazlığı sindromu və tənəffüs problemləri ilə əlaqəli qeyri-adi, anomal dərəcədə yapışqan "mikrotrombositlər" aşkar edilib.
Alimlər müəyyən ediblər ki, bu mikrotromblar patogenləri tutmaq üçün immun hüceyrələri tərəfindən buraxılan DNT və ferment şəbəkələri ilə sıx komplekslər əmələ gətirir. Araşdırmaya görə, bu cür komplekslər COVID-19-dan sağalmış şəxslərdə sağlam insanlarla müqayisədə təxminən 20 dəfə çoxdur.
Ətraflı təhlil göstərib ki, bu insanlarda mikrotromblar daha asan parçalanır. Bu isə ən kiçik damarların qan axınını pozur və orqanizmdə uzunmüddətli iltihabı gücləndirə bilər.
Alimlər bildirirlər ki, mikrotromblar post-COVID sindromunun ilk obyektiv biomarkerinə çevrilə, yeni diaqnostika və müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.
Oxu.az
