Saat:18:55
Haqqımızda

Könülün ölümü ilə bağlı cinayət işi açıldı

2025-07-11 21:43:50

Könülün ölümü ilə bağlı cinayət işi açıldı

Bir neçə gün əvvəl Binəqədi rayonu Xocasən qəsəbəsində baş vermis faciəvi hadisə ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Hurriyyet.Az-a bildirilib ki, iyunun 30-da 2005-ci il təvəllüdlü Könül İbrahimlinin Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.