Saat:16:49
Haqqımızda

Kolumbiya Venesuela sərhədi yaxınlığında zərbələr endirdi

2025-11-15 13:33:19

Kolumbiya Venesuela sərhədi yaxınlığında zərbələr endirdi

Kolumbiya narkotik ticarəti ilə məşğul olan qruplaşmanın düşərgəsinə aviazərbələr endirib.

Hurriyyet.az “Agence France-Presse” nəşrinə istinadən xəbər verir ki, düşərgə Venesuela sərhədi yaxınlığında yerləşib.

Zərbələr nəticəsində qruplaşmanın 9 silahlısının öldürüldüyü bildirilir.

Məlumata görə, Kolumbiyanın Arauka departamentində əməliyyat ölkə Prezidenti Qustavo Petronun narkotik maddə ticarətçilərinə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.