Saat:16:02
Haqqımızda

"Keyfiyyətli ət və ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub" - Deputat

2025-11-21 11:55:47

Milli Məclisdə 1 000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.

Hurriyyet.az xəbər verir ki, təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı çıxış edib.

Q.Həsənquliyev çıxışında yoxsul təbəqənin müdafiə etmək lazım olduğuna diqqət çəkib:

"Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Keyfiyyətli ət və ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub. Əhalinin sosial vəziəyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək düzgün deyil".

Report.az