Kevin Medinanın son durumu bəlli oldu
2025-11-26 19:08:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda səfərdə "Napoli"yə qarşı matçda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlamlıq durumuna aydınlıq gəlib.
Bu barədə “Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. O bildirib ki, futbolçu tezliklə matçlara qoşulacaq: “Bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komandamız sabah istirahət edəcək. Medinanın birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir".
Qeyd edək ki, ötən gün “Napoli” ilə qarşılaşmanın 51-ci dəqiqəsində yaxın məsafədən vurulan zərbə kolumbiyalı müdafiəçinin üzünə tuş gəlib.
Nəticədə Kevin huşsuz vəziyyətdə yerə yıxılıb. \\Offsideplus.az
