Kərkükə raket hücumları
2025-07-01 12:14:31
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İraqın Kərkük şəhərindəki beynəlxalq hava limanına 3 raket düşüb. Nəticədə 1 nəfər yaralanıb.
Kərkük Beynəlxalq Aeroportunun açıqlamasına görə, hücum dünən gecə, yerli vaxtla saat 23.30 radələrində baş verib.
Raketləri hansı qüvvələrin atdığı bəlli deyil.
Raketlərdən ikisi hava limanındakı hərbi zonaya, digəri isə mülki bölgəyə düşüb. Otluq sahədə yanğın baş verib.
Aeroprtun yanğınsöndürənləri qısa müddət ərzində yanğını söndürüblər. Dağıntı və tələfat yoxdur.
Həmçinin, Kərkükün Urube rayonundakı bir evin damına da raket düşdüyü bildirilir. İnsan itkisi olmayıb.
Hürr Tərcüman
