Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
2025-07-08 09:13:43
Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü və avtomobildə olan digər hərbçilər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralıların vəziyyətləri qənaətbəxşdir.
Araşdırma aparılır.
Qafqazinfo.az
