Kəlbəcərdə 63 yaşlı kişi faciəvi şəkildə öldü
2025-07-19 16:51:06
Kəlbəcərdə 63 yaşlı kişi qayadan yıxılaraq ölüb.
Hurriyyet.az xəbər verir ki, hadisə rayonun Qamışlı kəndində baş verib.
Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayon Qamışlı kənd sakini 1962-ci təvəllüdlü R.Baxışov kənd ərazisində qayadan yıxılıb. 63 yaşlı kişi hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Axar.az
