Saat:16:31
Haqqımızda

Keçmiş deputat Mehdiyevin villasının VİDEOSUNU yaydı

2025-11-19 15:34:01

Keçmiş deputat Mehdiyevin villasının VİDEOSUNU yaydı

Eks-deputat Etibar Hüseynov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Xızı rayonunun Qızılqazma kəndində yerləşən villasını çəkib.

Hurriyyet.az xəbər verir ki, E.Hüseynov villanın kəndin girişində olduğunu diqqətə çatdırıb. 

Qeyd edib ki, villa 2 mərtəbədən və köməkçi binadan ibarətdir. Bildirib ki, şahidlərin sözlərinə əsasən, Ramiz Mehdiyev Xızıdakı bağına adətən helikopterlə gəlirmiş. 

Villanın ətrafında isə bəzi sabiq və indiki nazirlərin mülkləri var. Mehdiyevin onlarla gizli toplantıları bu villada keçirdiyi bildirilir. 

Yenisabah.az