Kamboca ilə sərhəddə həlak olan Tailand hərbçilərinin sayı artdı
Hurriyyet.az xəbər verir ki, Kamboca ilə sərhəddə baş verən münaqişədə həlak olan Tailand hərbçilərinin sayı 21 nəfərə çatıb. Bu barədə Tailand Quru Qüvvələri məlumat verib. Məlumatda bildirilir ki, oktyabrın 17-də Sisaket və Sakeu əylalətlərində keçirilən hərbi əməliyyatlar zamanı 2 hərbçi həlak olub. Silahlı toqquşmalar 7 dekabr tarixində başlanıb. Dekabrın 8-də Tailandın Quru Qüvvələri Kamboca hərbçilərinin onların sərhəd zonasındakı mövqelərini artilleriya atəşinə tutduqlarını bəyan edib. Cavab addımı olaraq Tailandın Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastukturuna hücum edib.
Kamboca itkilər barəsində məlumat verməyib. Tailand tərəfinin yaydığı xəbərə görə, toqquşmalar nəticəsində 200 nəfərdən artıq kambocalı hərbçi həlak olub. Kambocanın informasiya naziri Net Pxeaktra 15 nəfər mülki vətəndaşın həlak olduğunu bildirib.
Hürr Tərcüman
