İtaliya və İspaniya liqalarının oyunlarının xaricdə keçirilməsi təklifinə UEFA cavab verdi - SON DƏQİQƏ
2025-10-06 20:43:55
UEFA mühüm qərar qəbul edərək İtaliya və İspaniya kişi futbol liqalarına aid bəzi oyunların xaricdə keçirilməsinə icazə verib.
Qərarla bağlı UEFA prezidenti Aleksander Çeferin bildirib ki, bu addım “istisna hal” kimi qiymətləndirilməlidir və gələcək üçün nümunə təşkil etmir:
“Liqa oyunları əsasən öz ölkəsində oynanılmalıdır” – deyə Çeferin vurğulayıb.
Bu qərar futbol dünyasında böyük rezonans yaradıb və Avropa liqalarının kommersiya baxımından yeni mərhələyə keçidinin başlanğıcı kimi dəyərləndirilir. \\Offsideplus.az
