Saat:18:55
Haqqımızda

İsrailin Qəzza sakinlərinə son xəbərdarlığı: "Evlərini tərk etməyənlər..."

2025-10-01 17:11:58

İsrailin Qəzza sakinlərinə son xəbərdarlığı:

Hurriyyet.az xəbər verir ki, İsrail Qəzza şəhərinin sakinlərinə axırıncı dəfə fürsət verdiklərini bəyan edib.
İsrail hərbçiləri Qəzza şəhərinin mühasirəsini gücləndirirlər. Bu barədə İsrailin müdafiə naziri Yohav Kats məlumat verib.
Onun sözlərinə görə, ordu anklavı sahillə birləşdirən və onu faktiki olaraq şimal və cənub hissələrinə bölən Netsarim dəhlizinə nəzarəti tamamlayır. Nazir qeyd edib ki, şəhəri tərk edib cənuba doğru getməyə qərar verən bütün sakinlərdən İsrailin nəzarət-buraxılış məntəqələrindən keçmələri tələb olunacaq.
Kats deyib: "Ordunun genişmiqyaslı əməliyyatından əvvəl HƏMAS yaraqlılarını təcriddə qalması üçün mülki əhaliyə Qəzza şəhərini tərk etmək üçün son şans verilir. Qalanlar terrorçuların müttəfiqi hesab olunacaq".
Hürr Tərcüman