İsraildə səfərbərlik - 40 min nəfərlik ordu toplanır
2025-09-02 17:54:44
Hurriyyet.az xəbər verir ki, İsraildə ehtiyatda olan şəxslərin səfərbər edilməsi başlanıb.
İsrail ordusunun onminlərlə hərbçisi Qəzza şəhərində hücumda iştirak etmək üçün hərbi xidmətə çağırılıb.
Bu barədə Müdafiə Nazirliyinin "Qaley SAXAL" radiosu məlumat verib. Radio ehtiyatda olan 40 min nəfərə yaxın şəxsin hərbi xidmətə çağırılacağını xəbər verib.
Avqustun 29-da SAXAL-ın təmsilçisi Avixay Edri İsrail ordusunun Qəzza şəhərinə hücuma hazırlaşdığını bəyan etmişdi.
"Qaley SAXAL" radiosunun avqustun 20-də verdiyi xəbərdə Qəzza şəhərinin ələ keçirilməsi ilə bağlı əməliyyatın 2026-cı ilə qədər davam edəcəyi bildirilirdi.
Hürr Tərcüman
