Saat:03:27
Haqqımızda

İsrail Suriyanı təhdid etdi

2025-07-16 15:03:00

İsrail Suriyanı təhdid etdi

Hurriyyet.az xəbər verir ki, İsrail Dəməşqdən qoşunlarını Əs-Suveyda şəhərindən çıxarmağı tələb edib.

İsrailin müdafiə naziri İsrael Kats Suriya ordusundan ölkənin cənubunda yerləşən, druzların yaşadığı Əs-Suveyda şəhərindən çıxmağı tələb edib. Onun sözlərinə görə, əks halda, Suriyanın Silahlı Qüvvələrinə qarşı zərbələr gücləndiriləcək. 

Kats deyib: "Rejim qüvvələri bu əraziləri tərk edənə qədər İsrailin müdafiə ordusu onlara hücuma davam edəcəklər. Bizim siqnalımız eşidilməzsə, tezliklə rejimə qarşı cavab tədbirləri sərtləşəcək".

Hürr Tərcüman