İsrail Sumud beynəlxalq humanitar donanmasının axırıncı gəmisini də ələ keçirdi
2025-10-03 15:22:37
Hurriyyet.az xəbər verir ki, Qəzza sahillərinə yönələn "Global Sumud" donanmasının axırıncı gəmisi İsrailin hərbi-dəniz qüvvələri tərəfindən ələ keçirilib.
İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, "Marinett" adlı yaxta texniki nasazlıqlar səbəbindən əsas qrupdan geri qalıb.
Bundan əvvəl, oktyabrın 2-də İsrailin Hərbi Dəniz Qüvvələri donanmanın tərkibində olan 41 gəmini saxlayıblar.
37 ölkənin 200-dən çox vətəndaşının mindiyi 21 gəmidən ibarət Sumud donanması Qəzzaya humanitar yardım aparmaq avqustun sonunda Barselona limanından səfərə çıxmışdı.
Hürr Tərcüman
