Saat:23:52
Haqqımızda

İsrail kilsəni vurdu - Tramp qəzəbləndi

2025-07-18 09:15:00

İsrail kilsəni vurdu - Tramp qəzəbləndi

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza bölgəsindəki kilsəni vurmasını qınayıb.
Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb, İsrailin Qəzzadakı kilsəni vurmasından məyus olduğunu bildirib.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
İsrail Qəzza bölgəsindəki Müqəddəs Ailə Kilsəsinə zərbələr endirib. Bununla əlaqədar Tramp Netanyahuya zəng edib və bombardmandan narazı olduğunu bildirib.
Netanyahu da öz növbəsində kilsəyə zərbələrin xəta olduğunu etiraf edib. Söhbətin digər təfərrüatları açıqlanmayıb. 
Hürr Tərcüman