Saat:13:54
Haqqımızda

"İsrail ilə ABŞ İrana yenidən hücum edərlərsə..."

2025-12-22 11:40:51

Hurriyyet.az "Vestnik kavkaza" portalına istinadla  xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ölkəsinin İsrail və ABŞ tərəfindən təkrar hücum ehtimallarına "keçən dəfəkindən daha yaxşı" hazır olduğunu bildirib.
Nazir deyib: "Əlbəttə ki, belə bir ehtimalı inkar etmirik. Lakin biz buna tam hazırıq. Hətta keçən dəfəkindən də çox. Bu, bizim yenidən müharibə olmağını istəməyimiz demək deyil. Məhz yeni müharibənin qarşısını almaq üçündür".
Əraqçi müharibənin qarşısını almaq yolunun ona hazırlaşmaq olduğunu bildirib: "Biz də tam hazırıq. Biz axırıncı təcavüz zamanı zədələnmiş hər şeyi bərpa etmişik. Birləşmiş Ştatlarla İsrail İrana hücumu təkrar edə bilərlər. Lakin daha yaxşı nəticə əldə edə bilməzlər".
Xəbərlərdə bildirilir ki, İran raket sistemlərini modernləşdirib və nəticədə "İran silahının effektliliyinin artması səbəbindən istənilən yeni hücumun asan olmayacağı" ilə əlaqədar İsraildə narahatlıq yaranıb.
Hürr Tərcüman