Saat:11:54
Haqqımızda

İsmayıllıda AĞIR QƏZA: Ölən var

2025-09-23 19:20:01

İsmayıllıda AĞIR QƏZA: Ölən var

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kürdeldarbəyli kəndi ərazisində qeydə alınıb.

Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır. \Bizim.Media