Saat:17:00
Haqqımızda

İŞİD Yeni ildə terror törətməyi planlaşdırırmış

2025-12-25 14:34:53

İŞİD Yeni ildə terror törətməyi planlaşdırırmış

Hurriyyet.az xəbər verir ki, Türkiyə polisi Milad və Yeni il bayramlarında bir sıra terror aktları törətməyi planlaşdıran İŞİD terror qruplaşması ilə əlaqəli 115 nəfər şübhəlini saxlayıb. Türkiyə mediasının yazdığına görə, bu barədə açıqlama İstanbul  Prokurorluğu tərəfindən keçirilən irimiqyaslı əməliyyatdan sonra verilib. Polis 124 ünvanda eyni zamanda əməliyyat keçirib. Prokurorluğun məlumatına görə, İŞİD qarşıdakı Milad və Yeni il bayramlarında ilk növbədə qeyri-müsəlmanlara hücum etməyi planlaşdırırmış.
Açıqlamada deyilir: "115 nəfər şübhəli saxlanılıb. Hələ yaxalanmamış şübhəlilərin saxlanılması üçün əməliyyatlar davam edir".
Hürr Tərcüman