İsa Həbibbəylinin baldızı oğlu GÜLLƏLƏNDİ
2025-12-09 00:27:16
Bakıda Neftçilər metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib.
Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib.
Hadisənin təfərrüatları araşdırılır və rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.
Qətlə yetirilən şəxsin tanınmış akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin baldızı oğlu olduğu da iddia olunur. Bu məlumat da hazırda dəqiqləşdirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Cinayəti törədən şəxsin kimliyi, motivi və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
