İrəvandan Əliyev-Paşinyan görüşünün nəticələri barəsində açıqlama
2025-07-14 13:23:19
Hurriyyet.az xəbər verir ki, İrəvan hökuməti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilmiş görüşünün nəticələri ilə bağlı bəyanat veriləcəyini bildirib.
Ermənistan Nazirlər Kabinetinin aparatının sədr müavini Taron Çaxoyanın sözlərinə görə, yaxın zamanda rəsmi bəyanat veriləcəyi gözlənilir və həmin bəyanatda hansı məsələlərdə razılaşmalar əldə edildiyi barəsində təfərrüatlar açıqlanacaq.
Hürr Tərcüman
