Saat:18:28
Haqqımızda

İrəvan Moskva ilə Xomeyninin müşavirinin cavablarını verib

2025-12-16 14:54:42

İrəvan Moskva ilə Xomeyninin müşavirinin cavablarını verib

Hurriyyet.az xəbər verir ki, İrəvan Moskvanın "Tramp marşrutunda" (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi) iştirak etmək iddialarını rədd edib. Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, bu layihə ilə bağlı Rusiya ilə heç bir müzakirə aparılmır.
O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin "kömək etməyə" hazır olması barədə açıqlamasına istehzalı şəkildə cavab verib: "Onlar üçün çox şadam".
Rubinyan həmçinin İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayətinin Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşü zamanı  səsləndiridiyi fikirlərini uzaq tutaraq, bunun rəsmi Tehranın mövqeyi olmadığını vurğulayıb. Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi marşrutu problem yox, fürsət kimi görür və İrəvan da  məhz bu rəsmi mövqeyi qəbul edir.
IRNA agentliyinin məlumatına görə, Vilayəti Ermənistanın səfiri ilə görüşündə ABŞ Prezidenti Donald Trampın Qafqazla bağlı planının Zəngəzur dəhlizi layihəsindən heç bir fərqinin olmadığını və İran İslam Respublikasının bu təşəbbüsə qəti şəkildə qarşı olduğunu deyib.
Hürr Tərcüman