Saat:15:19
Haqqımızda

İranlılar kütləvi şəkildə Amerikadan deportasiya edilir - Tehranla-Vaşinqtonun razılaşması

2025-12-08 12:16:01

İranlılar kütləvi şəkildə Amerikadan deportasiya edilir  - Tehranla-Vaşinqtonun razılaşması

Hurriyyet.az xəbər verir ki, Vaşinqtonla Tehran arasında razılaşdırılmış addımlar çərçivəsində Amerika Birləşmiş Ştatları İranın daha 50-yə yaxın vətəndaşını ölkədən deportasiya edib. Bu barədə "Nyu-York Tayms" (The New York Times) nəşri İran məmurlarına istinadla məlumat verib.
Mənbələrin məlumatına görə, deportasiya edilənləri aparan təyyarə Arizona ştatındakı aeroportdan havaya qalxıb, Misirdə və Küveytdə enişlər edəcək. Bu, cari ildə artıq ikinci belə uçuşdur. İrandan olan 100 nəfərə qədər vətədaşı aparan təyyarə bu ilin sentyabr ayında Amerikanı tərk eləmişdi.
Nəşrin yazdığına görə, göyərtədə təkcə İranın yox, Rusiyanın və digər ərəb ölkələrinin də vətəndaşları var. Onlar Qahirədəki dayanacaqda təyyarəni tərk edəcəklər.
"Nyu-York Tayms" nəşrinin yazdığına görə, hazırda İranın iki min nəfərdən artıq vətəndaşının ABŞ-dən deportasiya edilməsi gözlənilir.
Hürr Tərcüman