Saat:19:52
Haqqımızda

İran, Rusiya və Çin təmsilçiləri görüşüblər

2025-07-23 10:19:12

İran, Rusiya və Çin təmsilçiləri görüşüblər

Hurriyyet.az xəbər verir ki, iyulun 22-də, Tehranda İran, Rusiya və Çin nümayəndələri İranın nüvə proqramı ilə bağlı danışıqlar aparıblar.
Bu barədə "Tasnim" agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, tərəflər İran ətrafındakı nüvə böhranı ilə əlaqədar öz fəaliyyətlərini əlaqələndirməyi və məşvərəti davam etdirməyi qərara alıblar. Mətbuatın məlumatına görə, danışıqlar yaxın həftələrdə müxtəlif səviyyələtdə davam edəcək.
Rusiya ilə Çinin nümayəndə heyətlərinin başçıları Tehrana səfərləri zamanı İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançı və digər yüksək rütbəli İran diplomatları ilə görüşlər keçiriblər.
Hürr Tərcüman