Saat:23:48
Haqqımızda

İran ilə Rusiya Rəşt-Astara yolunun tikintisi ilə bağlı müqavilə imzalayacaqlar

2025-12-17 18:12:30

İran ilə Rusiya Rəşt-Astara yolunun tikintisi ilə bağlı müqavilə imzalayacaqlar

Hurriyyet.az xəbər verir ki, İran və Rusiya bir ay ərzində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün müqavilə imzalayacaqlar.
İran nümayəndə heyəti Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üçün müqavilə imzalamaq məqsədilə bir ay ərzində Rusiyaya səfər edəcək.
Bu barədə İslam Respublikasının Tikinti və Nəqliyyat İnfrastrukturunun İnkişafı İdarəsinin direktoru Huşəng Bəzvənd mətbuat konfransında məlumat verib.
2023-cü ildə İran ilə Rusiya Cənub-Şərq layihəsi çərçivəsində  Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birlikdə tikintisi üçün razılaşma əldə ediblər. Bu yol sahəsində İran körfəzinin limanlarına birbaşa qatarla çıxış imkanı yaranacaq.   
Hürr Tərcüman