İnstitut direktoru: Azərbaycan dilində rəsmi üslub bərbad gündədir
Azərbaycan dilində rəsmi üslub bərbad gündədir.
Hurriyyet.az xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı adi bir ərizə nümunəsinini misal göstərmək kifayətdir: "Yazıb sizə bildirirəm ki… Bu, nə dərəcə doğrudur? Buna da yenidən baxılmasını məqbul hesab edirəm".
Professor diqqəti Azərbaycan dilinin Orfoqrafiya lüğəti ilə bağlı son işlərə yönəldib:
"Azərbaycan dilində 80 min söz olduğu bildirilirdi. Ancaq bazaya yerləşdirdiyimiz sözləri ələkdən keçirmişik. Hazırda əlimizdə Azərbaycan dilinin 220 min işlək sözü var. İndi bu sözlərin emal olunması ilə məşğuluq".
