Saat:05:21
Haqqımızda

İlin ən uzun gecəsi bu tarixdə olacaq

2025-12-15 23:29:23

İlin ən uzun gecəsi bu tarixdə olacaq

Bu il Azərbaycanda qış fəsli dekabrın 21-də, saat 19:03:01-də başlayacaq.

Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Metbuat.Az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, həmin an Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay mövsümü start götürəcək:

"Bu zaman Yer oxunun Günəşə nisbətən meyli maksimum həddə çatır və Günəş günorta saatlarında üfüq üzərində ən aşağı mövqedə — təxminən 26,2 dərəcə hündürlükdə müşahidə olunur. Dekabrın 21-i ilin ən qısa gündüzü və ən uzun gecəsi ilə yadda qalır. Belə ki, gündüz 9 saat 17 dəqiqə 22 saniyə, gecə isə 14 saat 42 dəqiqə 38 saniyə davam edəcək. Bildirilib ki, qış fəslinin ümumi müddəti 88 gün 23 saat 42 dəqiqə 52 saniyə olacaq".

 

Sevinc İbrahimzadə