İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
"Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.
Hurriyyet.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncam sosial-iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə çatmaq üçün dövlət proqramlarının, strategiyaların, konsepsiyaların və bu kimi digər strateji sənədlərin hazırlanması, onların icrasına nəzarətin həyata keçirilməsi və qarşıya qoyulmuş hədəflərə nailolma vəziyyətinin qiymətləndirilməsi, yeni çağırışlar və artan tələblər fonunda istifadəçilərin, o cümlədən aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəsmi statistika məlumatlarına tələbatının ödənilməsi üçün statistik məlumat istehsalının dayanıqlılığını və milli statistika sisteminin inkişafını təmin etmək məqsədilə imzalanıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib.
