Saat:16:02
Haqqımızda

İkardi 136 milyon avronu niyə rədd edib? - Meneceri danışdı

2025-11-20 21:18:00

İkardi 136 milyon avronu niyə rədd edib? - Meneceri danışdı

"Qalatasaray"ın ulduzu Mauro İkardinin 2023-cü ilin yayında nəhəng təklifi rədd etdiyi ortaya çıxıb.

Futbolçunun meneceri Corci Qardi "Sky DE"-yə açıqlamasında İkardinin o dövrdə Səudiyyə Ərəbistanından gələn 136 milyon avroluq nəhəng təklifi qəbul etmədiyini bildirib.

Qardi qərarın səbəbini belə izah edib:

“İkardi 2023-cü ilin yayında Səudiyyədən çox böyük təklif aldı. Amma o, "Qalatasaray" azarkeşlərinin sevgisi və İstanbulda gördüyü dəstəyin təsiri ilə bu təklifi rədd etdi. Puldan çox, burada özünü dəyərli hiss etməsi onun üçün önəmli idi.”

Ulduz hücumçunun həmin qərarı həm "Qalatasaray" rəhbərliyində, həm də azarkeşlərdə böyük hörmət qazanmışdı. Bu mövsüm də komandanın əsas qol silahlarından biri olan İkardi “sarı-qırmızılılar”ın hücum xəttində liderliyini davam etdirir. \\Fanat.Az