III MDB Oyunları bu gün başlayır
2025-09-26 09:05:34
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək.
Hurriyyet.az xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq.
Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.
Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.
