Saat:13:44
Haqqımızda

Iğdırda Zəngəzur dəhlizinin təməlqoyma mərasimi keçirilir - VİDEO

2025-08-22 13:40:43

Iğdırda Zəngəzur dəhlizinin təməlqoyma mərasimi keçirilir - VİDEO

Bu gün Iğdır şəhərində Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəmir yolu xəttinin təməli qoyulur 
Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, Türkiyənin Iğdır şəhərində Türkiyə ilə Azərbaycanı birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi keçirilir. Bu yol Zəngəzur dəhlizinin bir parçasına çevriləcək.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bununla əlaqədar yazılı açıqlama verib.
Nazir Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisinin 2029-cu ilin sonuna qədər tamamlanmasının planlaşdırıldığını qeyd edib. O, ildə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olan bu xəttin 224 km uzunluğunda inşa ediləcəyini bildirib.
Hürr Tərcüman

 


Load Time (S) : 0.923106