İcra başçısının sabiq müavini də azadlığa çıxdı
2025-12-22 12:18:19
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.
Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.
Xatırladaq ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 2021-ci ilin oktyabrında 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
