Saat:22:12
Haqqımızda

"Hürriyyət" DGK sədri Şahin Bağırovdan üzr istəyir

2025-10-07 18:30:57

Hurriyyet.az saytında 07.10.2025 ci ildə dərc olunan "Gömrük əməkdaşı "Hürriyyət"ə şok faktları açıqladı" sərlövhəli yazımızda texniki səbəbdən səhvə yol verilib.

Belə ki, DGK əmədaşlarından biri tərəfindən redaksiyamıza daxil olan məktub hazırlanıb sayta qoyularkən yanlışlığa yol verilərək, redaktə olunmayan variant dərc olunub. Hansı ki, bu zaman maddi sübutlar təqdim olunmayan ittihamlar da saytımızda yer alıb. 

Qısa müddət sonra sözügedən fakt əməkdaşlarımız tərəfindən aşkara çıxarılaraq, qeyd olunan yanlışlıq aradan qaldırılsa da, "Hürriyyət" olaraq Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovdan üzr istəyirik. 

Hurriyyet.az