Hövsanda binanın eyvanı uçdu: qadın xəsarət aldı
2025-11-24 09:24:08
Bakıda binanın eyvanı uçub.
Hurriyyet.az xəbər verir ki, 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yaşadığı Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsi ev 13 "A" mənzil 6-nın (2-ci mərtəbə) eyvanın uçması nəticəsində yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş X.İbrahimovanın vəziyyəti qənaətbəxşdir.
Araşdırmalar aparılır.
Axar.az
