Saat:09:22
Haqqımızda

Honkonq qripi sürətlə yayılır

2025-12-16 23:40:44

Honkonq qripi sürətlə yayılır

Honkonq qripi kimi tanınan A (H3N2) qrip virusu qlobal miqyasda sürətlə yayılır və artıq 30 ölkədə aşkarlanıb.

Bunu ÜST-ün Qlobal Tənəffüs Təhlükələri Bölməsinin rəhbəri Ventsin Çjan bildirib.

Onun sözlərinə görə, ilk dəfə avqust ayında Avstraliya və Yeni Zelandiyada aşkar edilən virusun yeni alt növü qışda yoluxma hallarının artmasına səbəb olub.

Bu alt tip virus ilk dəfə avqust ayında Avstraliya və Yeni Zelandiyada aşkar edilib, daha sonra Cənubi Amerika istisna olmaqla, dünyanın bütün bölgələrində 30-dan çox ölkədə aşkar edilib.

Bu virus Avropada geniş yayılıb və qeydə alınan halların 80-90%-ni təşkil edir. \\Ölkə.az