Saat:13:09
Haqqımızda

Hindistanla İsrail razılaşdılar

2025-09-08 15:14:54

Hindistanla İsrail razılaşdılar

Hurriyyet.az xəbər verir ki, İsrail ilə Hindistan irihəcmli saziş imzalayıblar. İkitərəfli investisiya müqaviləsi bağlanıb. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi hədəfə alınıb. Sənəd Nyu-Dehlidə, İsrailin maliyyə naziri Beçalel Smotriç ilə hindistanlı həmkarı Nirmala Sitaraman arasında imzalanıb. 
Smotriç razılaşmanı strateji addım adlandırıb. Bu razılaşmanın hər iki ölkədən olan sərmayəçilər üçün yeni imkanlar açdığını, İsrailin ixracatını gücləndirəcəyini və sürətlə inkişaf edən bazarlarda fəaliyyət üçün şirkətlərə daha çox əminlik verəcəyini qeyd edib.
Nyu-Dehli BƏƏ və Özbəkistanla da bənzər müqavilələr imzalayıb.
Hürr Tərcüman